Restoran və kafe üçün sayt
Qonaq menyuya baxır, masanı zalın planından özü seçir və ya yeməyi evə sifariş edir. Siz isə hazır sifarişi alırsınız.
Restoran saytında nə olmalıdır
- Bölmələrə ayrılmış onlayn menyu və qiymətlər
- Masa sifarişi: tarix, saat və qonaq sayı
- Paket və çatdırılma üçün səbət
- Şefin təklifləri və tədbirlər proqramı
- Zalın və yeməklərin fotoları
- Ünvan, xəritə və iş saatları
Masa sifarişi zalın planı üzərindən
Qonaq tarixi, saatı və qonaq sayını seçir. Zalın planında boş masalar görünür, tutulmuş və ya qonaq sayına uyğun olmayan masalar ayrıca qeyd olunur. Qonaq istədiyi masaya toxunub sifarişi göndərir.
Əsas zal, terras və VIP otaq kimi bölmələr ayrıca göstərilə bilər.
Yemək sifarişi üçün səbət
Qonaq menyudan yeməkləri səbətə əlavə edir, "Gəlib götürürəm" və ya "Çatdırılma" seçir. Sifariş dərhal restoranın Telegram və ya WhatsApp-ına çatır. Bu, çatdırılma platformalarına ödənilən komissiyadan asılılığı azaldır.
Qiymət
Menyu və əlaqə məlumatlarından ibarət sayt 350 AZN-dən başlayır. Masa sifarişi və səbətlə tam restoran saytı korporativ sayt paketinə uyğundur: 700 AZN-dən.
Suallar və cavablar
Bəli. Qiymət və ya yemək dəyişdikdə menyu yenilənir. Tez-tez dəyişən menyu üçün idarəetmə paneli də hazırlana bilər.
Restoranınız üçün sayt
Restoranınız və ehtiyaclarınız barədə yazın, sizə uyğun həlli təqdim edək.